• cümə, 29 Mart, 10:56
  • Baku Bakı 5°C

“Heydər Əliyev əfsanəvi şəxsiyyət idi”

13.12.19 13:15 461
“Heydər Əliyev əfsanəvi şəxsiyyət idi”
"Heydər Əliyev əfsanəvi şəxsiyyət idi. Sözsüz ki, onun Azərbaycan üçün, ən əsası da Rusiya-Azərbaycan dostluğu üçün etdikləri tarixə düşüb”.
BunuAPA-nın Moskva müxbirinə açıqlamasında M.V. Lomonsov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi deyib.
"Mərhum Heydər Əliyev Sovet İttifaqının rəhbərlərindən biri olub, uzun müddət Moskvada çalışıb. Həmin vaxtlar o, Moskva Dövlət Universitetində də olub. Daha sonra müstəqil Azərbaycanın rəhbəri kimi də bizim universitetə dəfələrlə gəlib, yüksək ada, fəxri doktor adına layiq görülüb. Heydər Əliyevlə görüşlərimdə dediyi fikirlər, planları onu deməyə əsas verir ki, bu insan dahi şəxsiyyət idi, Azərbaycan xalqının böyük oğludur. Sözsüz ki, Heydər Əliyev tarixə düşəcək liderdir. O, Rusiya-Azərbaycan dostluğu, xalqlarımız arasında qarşılıqlı anlaşma üçün çoxlu işlər görüb. Bu gün biz bir daha əfsanəvi şəxsiyyəti dərin ehtiramla xatırlayırıq”, - deyə Viktor Sadovniçi qeyd edib.
banner

Oxşar Xəbərlər