Heydər Əliyev Beynəlxalq Hava Limanı ən yaxşılar arsında
Heydər
Əliyev Beynəlxalq Hava Limanı "World Airport Awards-2018" reytinqi üzrə
dünyanın bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə
siyahıda 65-ci yeri tutub. Siyahıya 6-ci il ardıcıl olaraq
Sinqapurun Çanqi Beynəlxalq Hava Limanı başçılıq edir.
Trend-in məlumatına görə, eyni zamanda Heydər Əliyev
Beynəlxalq Hava Limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən
yaxşı hava limanı seçilib.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Hava Limanı hər
il 5 milyona qədər sərnişinə xidmət göstərən hava limanları arasında 3-cü yerdə
qərarlaşıb. Bu siyahıya London-Siti başçılıq edir.
Hava limanlarının ən yaxşı terminalları üzrə
reytinqdə isə Heydər Əliyev Beynəlxalq Hava Limanı 10-cu yerə layiq görülüb.
Qeyd edək ki, reytinq 550 hava limanında 100-dən çox
milliyətə mənsub 13,73 milyon sərnişinin sorğusu üzərində hazırlanıb. Sərnişinlər
hava limanlarını 39 xüsusiyət üzrə qiymətləndirib.