• cümə axşamı, 28 mart, 23:18
  • Baku Bakı 13°C

Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3 milyondan çox sərnişinə xidmət göstərib

11.09.18 13:00 646
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3 milyondan çox sərnişinə xidmət göstərib
Cari ilin ilk 8 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,08 milyon sərnişinə xidmət göstərib.
Aeroportun mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin analoji göstəricisindən 12 faiz çoxdur. Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 335 min sərnişin, milli loukoster "Buta Airways”in payına isə 305 min sərnişin düşüb.
İlin əvvəlindən etibarən 2 milyon 650 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL, 11 faizi isə "Buta Airways” avişaşirkətinin təyyarələri ilə daşınıb.
Avqust ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways” ilə yanaşı "FlyDubai”, "Turkish Airlines”, "Air Arabia”, "Aeroflot”, "UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), "Qatar Airways”, "Utair”, "Iraqi Airways”, "Lufthansa” və "S7 Airlines” daxil olub.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Antalya, Şarcə, Kiyev, Bağdad, Tehran, Bodrum və Tel-Əviv daxildir. Bu istiqamətlərə 328 min sərnişin uçub. Onlar cəmi 191 min sərnişinə xidmət göstərib.
banner

Oxşar Xəbərlər