AZE | RUS | ENG |

Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3 milyondan çox sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3 milyondan çox sərnişinə xidmət göstərib
Cari ilin ilk 8 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,08 milyon sərnişinə xidmət göstərib.

Aeroportun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin analoji göstəricisindən 12 faiz çoxdur. Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 335 min sərnişin, milli loukoster "Buta Airways”in payına isə 305 min sərnişin düşüb.

İlin əvvəlindən etibarən 2 milyon 650 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL, 11 faizi isə "Buta Airways” avişaşirkətinin təyyarələri ilə daşınıb.

Avqust ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways” ilə yanaşı "FlyDubai”, "Turkish Airlines”, "Air Arabia”, "Aeroflot”, "UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), "Qatar Airways”, "Utair”, "Iraqi Airways”, "Lufthansa” və "S7 Airlines” daxil olub.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Antalya, Şarcə, Kiyev, Bağdad, Tehran, Bodrum və Tel-Əviv daxildir. Bu istiqamətlərə 328 min sərnişin uçub. Onlar cəmi 191 min sərnişinə xidmət göstərib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000