• cümə, 29 Mart, 19:12
  • Baku Bakı 14°C

Heydər Əliyev Aeroportu sərnişindaşımada rekord göstəricini hədəfləyib

12.09.17 15:30 1263
Heydər Əliyev Aeroportu sərnişindaşımada rekord göstəricini hədəfləyib
Heydər Əliyev BeynəlxalqHavaLimanı 2017-ci ilin yanvar-avqust ayları ərzində 2,7 milyondan çox sərnişinə xidmət edib ki, bu da ötən ilin analoji göstəricisindən 29% çoxdur.

Heydər Əliyev BeynəlxalqHavaLimanının mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ilin sonunadək yekun sərnişin dövriyyəsinin ötən ildəki 3,5 milyon nəfərdən çox olması gözlənilir ki, bu da aeroportun növbəti rekord göstərici olacaq.
Hesabat dövründə "AzərbaycanHavaYolları" QSC-nin (AZAL) payına 1,61 milyon sərnişin düşüb ki, bunun da 408 min nəfəri daxili reyslərlə daşınıb.
Sərnişinlərin 84,9%-izi beynəlxalq reyslərin payına düşüb. Bu ilin ilk 8 ayı üzrə statistikaya əsasən Bakıdan ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Dubay, Kiyev və Tehran olub. Bu istiqamətlər üzrə 1,34 milyon sərnişin daşınıb.

Göstərilən dövr ərzində ən fəal aviaşirkətlərin beşliyinə AZAL, "Turkish Airlines", "flyDubai", "Aeroflot" və "Ukrayna BeynəlxalqHavaYolları" aviaşirkəti daxil olub. Bu aviaşirkətlərin reysləri ilə beynəlxalq istiqamətlər üzrə 1,78 milyon sərnişin daşınıb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir.
banner

Oxşar Xəbərlər