• çərşənbə axşamı, 23 aprel, 21:17
  • Baku Bakı 20°C

Heydər Əliyev adına Ali Hərbi Məktəbin qərargah rəisi işdən çıxarıldı

21.11.13 12:03 1267
Heydər Əliyev adına Ali Hərbi Məktəbin qərargah rəisi işdən çıxarıldı
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Məlumata görə, sərəncama göndərilmiş M. Yusifov ötən gün hərbi məktəbin şəxsi heyət ilə görüşərək məktəbi tərk edib.
M. Yusifov APA-ya açıqlamasında hərbi məktəbdəki işindən uzaqlaşdığını təsdiq edib: «Mən indi məzuniyyətdəyəm. Artıq hərbi məktəbdə işləmirəm».
Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib.
banner

Oxşar Xəbərlər