• çərşənbə axşamı, 23 aprel, 20:07
  • Baku Bakı 20°C

Heydər Əliyev adına Ali Hərbi Məktəbə rəis təyin olundu

05.11.13 10:49 5036
Heydər Əliyev adına Ali Hərbi Məktəbə rəis təyin olundu
General-mayor Heydər Piriyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub.
Bu barədə APA-ya AAHM-dən məlumat verilib.
Buna qədər AAHM rəisi vəzifəsini məktəb rəisinin müavini, polkovnik Mirzəli Yusifov icra edib.
M. Yusifov APA-ya açıqlamasında məktəbin rəis müavini vəzifəsində qaldığını bildirib: “İndiyədək rəis vəzifəsini icra edirdim”.
Buna qədər H. Priyev Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi, ondan əvvəl isə AAHM rəisi vəzifəsində çalışıb. H. Piriyev Qarabağda - Füzuli bölgəsində gedən döyüşlərdə hərbi hissə komandiri kimi xidmət edib.
banner

Oxşar Xəbərlər