• çərşənbə, 24 Aprel, 05:24
  • Baku Bakı 14°C

Həyatın gözəlliyi nədədir?

15.03.17 12:00 2282
Həyatın gözəlliyi nədədir?
Hərdən adama elə gəlir ki, hər şey onun öz əlindədir və istədiyini edə bilər. Bəzən isə insan özünü o qədər gücsüz hesab edir ki, hətta yaranmış ən xırda bir problem üçün başqalarından kömək umur. Ümumiyyətlə, bizim həyatımızı boş və mənasız edən nədir? Bəlkə həyat elə doğrudan da maraqsız və mənasızdır? Biz bəzən başqaları ilə niyə dil tapa bilmirik? Görəsən, biz bəzən heç bir səbəb olmadan, öz-özümüzə niyə hirslənirik? Bizi buna məcbur edən nədir? Bizim bu həyatdan və bu dünyadan umacağımız nədir, görəsən?
Elə gün olur ki, bütün bu kimi sualların arasında vurnuxa-vurnuxa qalırsan, cavabını bilmədiyin bu "niyə”lər səni üzüb əldən salır, həlak edir. Nəticəsi isə xaosdur. Bəs bundan qaçmanın yolları varmı?
1. İnsan gərək öz emosiyalarına çox da diqqət kəsilməsin. Emosiya elə emosiya olaraq qalır. Emosiyalar yaranır, dəyişilir və yox olub gedir. Bu, insanın daxilində gedən daimi bir prosesdir. Fikirlərin də özünü necə aparmaq tərzi var. Öz-özünüzə deyin ki, fikirləşdiyinizi fikirləşirsiniz və hiss etdiyinizi hiss edirsiniz. Yəni bundan başqasını nə fikirləşir, nə də hiss edirsiniz. Belə ki, özünüzü artıq fikir və hisslərlə yükləməyinizə dəyməz. Özünüzlə, işinizlə fəxr etməyiniz də, öz-özünüzdən utanıb-sıxılmağınız da boş şeydir. Yalnız öz hərəkətlərinizə lazımınca nəzarət etməyiniz kifayətdir. Yalnız fəaliyyətiniz sizin iftixar və utancaqlığınızın səbəbi ola bilər.
2. Çalışın ki, həyəcanlanmayasınız. Pis şeylər haqda nə qədər çox fikirləşsəniz, həmin "pis” hadisələrin baş verəcəyinə inamınız artacaq.
3. Öz "daxili səs”inizə çox da qulaq asmayın. Əgər xoşbəxt olmaq istəyirsinizsə, bədbəxtliyiniz haqda heç düşünməyin. İnsanlar çox vaxt öz-özlərinə izah etməyə çalışırlar ki, onların emosiyaları fikirləşdikləri və hiss etdikləri deməkdir. Bu cür izahatların əksər hissəsi təxəyyül, qalanı isə özünü aldatma və öz daxili "mən”ini başa düşməzlikdən irəli gəlir. Başqalarının bizim haqqımızda nə fikirləşdiklərini təsəvvür etmək də bizi çox narahat edir. Yadınıza salın: siz əslində, təsəvvür etdiyiniz hadisədən çox uzaqdasınız. Bunun üçün də nəzərə alın ki, sizin "daxili səs”iniz sizi aldada bilər.
4. Özünüzü tənqid etməyin. Özünü özü qarşısında müzakirəyə qoymaq ağılsız bir hərəkətdir. Nəyə nail olmusunuzsa, daim sizdən daha çox nailiyyət əldə edən birisi tapılacaq. Nə qədər aşağı səviyyədə olsanız belə, daim sizdən də aşağı səviyyədə olan və yaşayan tapılacaq. Beləliklə, siz özünüz üçün nə ən yaxşını, nə də ən pisi təsəvvür edə bilməyəcəksiniz. Başqalarını mühakimə etmək də ağılsız hərəkətdir. Siz qarşı tərəfin barəsindəki faktları bütünlüklə bilmədiyinizdən, situasiyaya obyektiv münasibət bildirməyiniz şübhə altındadır. Sonra isə sizin tənqidinizlə başqalarının tənqidi üst-üstə düşməyə bilər. Ona görə də, bu cür problemə məhdud nöqteyi-nəzərdən yanaşın. Sizin mülahizələriniz kimin üçün maraqlıdır ki?
5. Özünüzü günahkar saymayın. Özünüzü nədəsə günahlandırmaqla, heç nəyin real surətdə dəyişməsinə nail ola bilməyəcəksiniz. Sizə elə gəlir ki, öz təqsirinizi bilməklə, hərəkətlərinizə cavabdehlik edəcəksiniz. Lakin bu heç də belə deyil. Əgər siz nəyisə düzgün edib-etməməyiniz üçün özünüzü günahkar hesab etməklə, situasiyanı dəyişəcəyinizi düşünürsünüzsə, səhviniz var. Bu hissi sərbəst buraxın, bu sizə gərək deyil. Əgər hər hansı bir məsələdə başqalarının hərəkətinə görə özünüzü günahkar sayırsınızsa, onda sizin psixoloqun köməyinə ehtiyacınız var. Başqalarının elədiklərinə görə özünü günahkar saymaq həyata düzgün olmayan istiqamətlə yanaşmaqdır.
6. Özünüzü məsələn, kimsə bir başqasının baş verən hadisəyə necə qiymət verəcəyi, bu barədə nə deyəcəyi ilə yormayın. Xoşunuza gəlməyən adamlar sizi peşman etməməlidir, xoşunuza gələnlər isə sizi sevindirməyə borclu deyillər. İnsanlar və hadisələr elə insan və hadisə olaraq qalır, bundan artıq olmur. Hər hansı bir hadisənin nəticəsi olaraq, içərinizdə yaranmış hər cür hiss-həyəcan (qəzəbdən sevincə qədər), buna imkan vermədiyiniz halda, sizi öz təsiri altına salmaqda acizdir. Bundan başqa, bir cizgini də yadda saxlamağa çalışın: insanların əksəriyyəti sizin haqqınızda düşünməkdənsə, özləri barəsində düşünməkdə maraqlıdır.
7. Hesablama aparmayın. Rəqəm rəqəmdir, buna mistik bir məna verməyinə dəyməz.
8. Həyatınızın və karyeranızın sizin planlaşdırdığınız kimi olmaması üçün narahatlıq hissi keçirməyin. Buna nə qədər qapılacaqsınızsa, işlərinizin qaydasında getməməsi sizi o qədər narahat edəcək. Dünya daim dəyişir. Siz öz planınızı nə qədər dəqiq analiz etsəniz belə, o bir neçə gündən sonra dəyişə və çox gözəl planınız alt-üst ola bilər. Planlaşdırmaq əvəzinə, öz məsuliyyətinizi, arzu və istəklərinizi özlüyünüzdə qeyd edin və plana deyil, reallığa əsaslanın.
9. Başqalarına öz qərarlarının məsuliyyətindən qaçmasına görə sizdən istifadə etməsinə imkan verməyin. Başqalarının səadət və müvəffəqiyyətlərinə görə özünüzü cavabdeh sayırsınızmı? Bunu dərhal qurtarın! Başa düşün ki, bu onun həyatıdır və bu kimi hissləri yalnız onun özü yaşamalıdır. Bunu onların əvəzinə etməyə çalışmayın. Yadınızda saxlayın ki, siz başqa birisinin əvəzinə həyəcan keçirməməlisiniz və bunu edə bilməzsiniz! Onların həyatının xaosa çevrilməsinə mane olmayın.
10. Öz şəxsiyyətiniz barədə narahatlıq keçirməyin. Belə bir şey heç mövcud deyil. Şəxsiyyət də daxili "mən”iniz kimi sizin şüurunuzda yaranmış olan konsepsiyadan başqa bir şey deyil. Real həyatda əslində, belə bir şey qətiyyən yoxdur. Şəxsiyyət – hər şeydən əvvəl, söylədiyiniz söz və etdiyiniz hərəkətin hesabına yaranmış olan ümumi bir təəssüratdır. Əgər sizin şəxsiyyətiniz hal-hazırda nə siz, nə də başqaları üçün o qədər də cəlbedici deyildirsə, narahat olmayın – siz onu daim dəyişə bilrəsiniz. Şəxsiyyət məsələsi onun sahibinin dərketmə prinsipindən çox asılıdır. Əgər öz şəxsiyyətiniz sizin xoşunuza gəlmirsə, onu bir vəziyyətdə saxlamamağa çalışın, demək, onu dəyişmək lazımdır. Nəhayət, siz öz yolunuzun üstündə dayanmış yeganə varlıq olacaqsınız...
Zeynəb Əliqızı
banner

Oxşar Xəbərlər