• cümə axşamı, 18 aprel, 19:48
  • Baku Bakı 21°C

Həyat yoldaşını boğub öldürən şəxsə 10 il 6 ay cəza verildi

25.10.18 15:30 514
Həyat yoldaşını boğub öldürən şəxsə 10 il 6 ay cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Qəhrəmanlı 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, bu il yanvarın 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.
Müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.
Günelin başqa bir kişi ilə sosial şəbəkədə danışdığını öyrənən Elvin Qəhrəmanlı onunla mübahisə edib. Ər-arvad arasında mübahisə sonda cinayətlə nəticələnib.
Hadisədən sonra 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elvin Qəhrəmanlı həbs edilib.
Elvin Qəhrəmanlının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
banner

Oxşar Xəbərlər