• cümə axşamı, 25 aprel, 10:17
  • Baku Bakı 14°C

Həyat yoldaşı “Toppuş bacı“ya qadağalar qoyur

10.12.13 14:25 2352
Həyat yoldaşı “Toppuş bacı“ya qadağalar qoyur
Aktrisa axşam.az saytına açıqlamasında ərinin ona qadağalar qoyduğunu deyib:
“Hər həftə verilişimi və rol aldığım serialı həyat yoldaşımla birlikdə izləyirik. Bəyənmədiyi hər şeyi mənə açıq şəkildə deyir. Ən çox geyimlərimə qarışır. İlk vaxtlar bu xasiyyətini bilmirdim. Bir dəfə işə gedəndə dedi ki, bu cür evdən çıxa bilməzsən. Sinəsi açıq libaslara icazə vermir. Bu səbəbdən nə geyinəcəyimi ona göstərir, məsləhətləşirəm. Ailəmizdə söz-söhbət olmasını istəmirəm. Biz xoşbəxtik”.
Ana olması ilə bağlı suala isə aktrisa belə cavab verib:
“Hələ ki, övlad istəmirəm. İşlərim çox ağırdır. Bu mövsüm verilişimin başa çatmağını gözləyirəm. Uşaq haqda gələn il düşünəcəyəm”
banner

Oxşar Xəbərlər