• cümə, 29 Mart, 14:26
  • Baku Bakı 14°C

Həyat yoldaşı məşhur futbolçunu evdən qovdu

13.09.17 11:20 1263
Həyat yoldaşı məşhur futbolçunu evdən qovdu
"Lester”in kapitanı Uesa Morqan ciddi problemlə üzləşib.
Kaspi.az xəbər verir ki, həyat yoldaşı Şenin Fişer Morqanı evdən qovub. Buna səbəb Morqanın həyat yoldaşına xəyanət etməsi olub.
Şenin, Morqanın hamilə rəfiqəsinin olması barədə xəbər tutub. Ona bu məlumatı anonim zəng vasitəsilə veriblər. Morqan onunla söhbətdə xəyanət etdiyini boynuna alıb. Bundan sonra Şenin onu evdən qovub.
33 yaşlı futbolçu ilə Şeninin evliliyindən 2 övladı var. Onlar 14 ildir ki birgə yaşayırlar. Morqan 27 yaşlı yeni sevgilisi ilə son 3 il ərzində görüşüb.
banner

Oxşar Xəbərlər