• cümə, 29 Mart, 18:39
  • Baku Bakı 14°C

“Hətta belə şərait də, milyonçuya çevrilmək şansı verir” - Onun film seçimi

11.09.17 09:15 2666
“Hətta belə şərait də, milyonçuya çevrilmək şansı verir”  - Onun film seçimi
Filmlərin insanların həyatında, dünyagörüşündə rolu danılmazdır. Bu gün internetdə axtarış edərkən, qarşımıza o qədər film çıxır ki, hansına baxacağımızı bilmirik. Həm də elə seçim etmək lazımdır ki, əlavə vaxt itkisi olmasın, baxdığımız filmin aşıladığı fikir bizim üçün müəyyən bir anlam daşısın. Bəzən gənclər bu kimi nüanslara görə film seçimi edərkən çətinlik çəkirlər. Lakin filmləri izləyən insanların təcrübələri bu mövzuda bizə çox kömək edə bilər.
Bu rubrikamızda da qonağımızın sevdiyi və gənclərə məsləhət gördüyü 3 filmi sizlərə təqdim edirik. Müsahibimiz Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovdur. Məsləhət verməyi sevməsə də, gənclərə baxmaq üçün 3 film adını bizə söylədi.
Onun məsləhət gördüyü birinci film "Gecəqondudan olan milyonçu”dur ("Slumdog Millionaire”). S.Məmmədov deyir ki, film səfalət həyatı keçirən uşaqların həyatından bəhs edir. Hətta belə şərait də, bilikli olmaq və milyonçuya çevrilmək şansı verir. Həyat məktəbi ən yaxşı məktəbdir, kifayətdir ki, sən o məktəbi ləyaqətlə bitirəsən.
İkinci film isə "Hatiko: Ən sədaqətli dost”dur. Filmin ssenarisi real həyat hadisələri əsasında qurulub. Müsahibimizin sözlərinə görə, film insanlarda, xüsusən gənc nəsildə humanizm prinsiplərini aşılayır. Heyvanlara, özəlliklə də ev heyvanlarına sevgini artırır. Bu film bir itin necə vəfalı olmasından, onun taleyindən bəhs edir. Belə ki, bu it sahibinə çox sədaqətli olub. Hatiko bütün Yaponiyada 1932-ci ildə Tokionun iri qəzetlərindən birində nəşr edilmiş "Sadiq it 7 il əvvəl ölmüş öz sahibinin gəlişini gözləyir” başlıqlı məqalədən sonra məşhurlaşıb. 1987-ci ildə çəkilmiş "Hatikonun taleyi” filmi bu köpəyin sədaqətindən bəhs edir. 2009-cu ildə isə bu filmin remeyki olan "Hatiko, bir köpəyin taleyi” filmi çəkilib.
Digər film isə öz ölkəmizin istehsalı olan "Gün keçdi”dir. Filmin rejissoru Arif Babayev, ssenari müəllifi isə Anar Rzayevdir. Kino, yazıçı Anarın "Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılıb. S.Məmmədov qeyd etdi ki, bu filmdə çox şey var. Nakam sevgi, tarixi abidələrin mühafizəsi problemi, 70-ci illərin Bakısı, "Gün keçdi, amma ömür hələ keçməyib. Ömrün daha yaxşı günləri hələ qabaqdadır" optimizmi.
Günel Azadə
banner

Oxşar Xəbərlər