• cümə axşamı, 28 mart, 19:18
  • Baku Bakı 13°C

Het-trik edən futbolçu Qurbanovdan dəvət gözləyir

27.09.18 13:35 513
Het-trik edən futbolçu Qurbanovdan dəvət gözləyir
Almaniyanın 3-cü Bundesliqasında çıxış edən "Proyssen” klubunun azərbaycanlı hücumçusu Rüfət Dadaşov "Bild" nəşrinə müsahibə verib.
Kaspi.az xəbər verir ki, Rüfət 9-cu turda "Hanza Rostok”a 4:1 hesabı ilə qalib gəldikləri oyunda het-trik etməsi haqda da danışıb:
"Bəzən oynadığım oyunlardan sonra bir az yuxusuz qalıram. Özü də belə bir oyundan sonra. Hər şey əla oldu. Belə şeyi sonuncu dəfə "Dinamo"da yaşamışdım.
3-cü Bundesliqaya uyğunlaşmaq bir qədər vaxt apardı. Artıq işlər qaydasına düşür. Regional liqa ilə bura arasında fərq həddən artıq böyükdür. Baş məşqçimiz çempionata uyğunlaşmaq üçün şans verəcəyini bildirdi. Onun etimadını doğrulda bildim. Bunun üçün çox sevinirəm".
Sonuncu dəfə 4 il əvvəl Azərbaycan yığmasında forma geyinən Rüfət millidən dəvət gözləyir:
"Azərbaycan millisində 16 oyun keçirmişəm və 4 qol vurmuşam. Milliyə istənilən vaxt dəvət almaq olar. Yenidən dəvət alsam, qürur duyaram və sevinərəm".
27 yaşlı futbolçu inancı ilə bağlı da danışıb:
"Oyundan əvvəl boynumdan asdığım xaçı öpürəm. Mən rus pravoslavıyam, qaydalara riayət edirəm. Meydana daxil olanda xaç çevirirəm. Bunu ictimaiyyət üçün deyil, özümə görə edirəm".
banner

Oxşar Xəbərlər