• cümə, 26 Aprel, 18:16
  • Baku Bakı 22°C

Həştərxanda Azərbaycan İş Mərkəzinin açılışı olub - Fotolar

31.05.18 13:09 778
Həştərxanda Azərbaycan İş Mərkəzinin açılışı olub - Fotolar
Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Azərbaycan İş Mərkəzinin açılışı olub.
APA-nın Rusiya bürosunun məlumatına görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Azərbaycan prezidentinin köməkçisiƏli Həsənov, iqtisadiyyat naziriŞahin Mustafayev, Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Diasporla İş üzrə Dövlət Komitəsinin sədriFuad Muradov, I vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Bakının Nərimanov rayonun icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev və hər iki ölkədən olan iş adamları iştirak ediblər.
Mərasimdə Həştərxan qubernatoru Aleksandr Jilkin və Azərbaycan iqtisadiyyat naziriŞahin Mustafayevçıxış ediblər.
Daha sonra "Made in Azerbaijan" brendi adı altında Azərbaycan istehsalçılarının mal və xidmətlərinin sərgisinə baxış keçirilib.
Qeyd edək ki, bu gün fəaliyyətə başlayan Azərbaycan İş Mərkəzi Həştərxan şəhərinin Bakinskaya küçəsi, 100 ünvanında yerləşir.








banner

Oxşar Xəbərlər