• cümə, 29 Mart, 13:03
  • Baku Bakı 14°C

Həsən Ruhani: “İranla Azərbaycan arasında azad ticarət zonasının yaradılacağına ümid edirik”

07.08.16 16:52 801
Həsən Ruhani: “İranla Azərbaycan arasında azad ticarət zonasının yaradılacağına ümid edirik”
"İki ölkənin münasibətləri son üç ildə sürətlə inkişaf etməkdədir. Qarşılıqlı səfərlər, müxtəlif formatlarda görüşlərdə irəliyə doğru addımlar atılır”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidentiHəsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

H. Ruhani bildirib ki,münasibətlərin inkişafı bütün sahələri əhatə edir: "İki ölkə arasında ticarət sahəsində rüsumların azaldılmasına çalışmaq lazımdır. Sonda iki ölkə arasında azad ticarət zonasının yaradılacağına ümid edirik”.

İran prezidenti qeyd edib ki, bank sahəsində də mühüm işlər görülməlidir: "Bu gün iki ölkənin Mərkəzi bankları arasında sənəd imzalandı. İki ölkə arasında bank əlaqələrin azad ticarətə zəmin yaradacaq səviyyədə genişlənməsini istəyirik. Azərbaycanda avtomobil zavodunun təməli qoyulub. Bu, il ərzində 10 min avtomobilin istehsal edilməsinə, Azərbaycan və qonşu ölkələrin ehtiyacının təmin edilməsini şərtləndirir”.

H. Ruhani bildirib ki, prezident İlham Əliyevlə görüşdə Xəzərlə bağlı məsələlər də müzakirə olunub: "Xəzər sahilyanı ölkələr üçün sülh və sabitlik məkanı olmalıdır. Xəzərlə bağlı bəzi problemləri aradan qaldırmaq üçün sürətlə işlər görülməlidir. Neft, qaz və digər sahələrdə müştərək fəaliyyəti zəruri sayırıq. Bizim üçün ekosistem də çox önəmlidir. Xəzər dənizinin çirklənməsinin qarşısının alınması diqqət mərkəzində olmalıdır. Azərbaycanda bu sahədə Xəzərlə bağlı bir Mərkəzin yaradılmasını da təşviq edirik”.
banner

Oxşar Xəbərlər