• cümə axşamı, 28 mart, 22:38
  • Baku Bakı 13°C

Həsən Ruhani: İran təzyiq altında ABŞ-la danışıqlara başlamayacaq

19.05.19 11:19 488
Həsən Ruhani: İran təzyiq altında ABŞ-la danışıqlara başlamayacaq
İran təzyiq altında ABŞ-la danışıqlara başlamayacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani Tehranda ziyalılarla görüşündə deyib.
H.Ruhani bildirib: "Biz təzyiq və təhdidlər şəraitində danışıqlar masasına oturmayacağıq. Bəli, iranlılar danışıqlar məntiqinin tərəfdarıdırlar, lakin düşmən tərəf bizə - sizi danışıqlar masasına oturdacağam deyirsə biz bütün dünya bizə qaşı olsa belə bu lovğalığın qarşısında boyun əymərik".

İran prezidentinin sözlərinə görə, Birləşmiş Ştatların dünyada müttəfiqləri çox deyil.
banner

Oxşar Xəbərlər