• cümə, 19 Aprel, 10:16
  • Baku Bakı 13°C

Həsən Ruhani: “Azərbaycan Respublikasının iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisi başlayacaq”

30.03.17 15:50 735
Həsən Ruhani: “Azərbaycan Respublikasının iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisi başlayacaq”
"Rəşt-Astara dəmir yolunun tikintisi Azərbaycan Respublikasının iştirakı ilə başlayacaq”.APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidentiHəsən Ruhanibu gün Gilan əyalətinə səfəri çərçivəsindədeyib. O bildirib ki, Qəzvin-Rəşt dəmir yolunun cari ildə açılışı, eləcə dəRəşt-Astara dəmir yolunun tikintisi Rusiyaya səfər zamanı bu ölkənin rəhbərliyi ilə müzakirə olunub: "Bu tranzit dəmir yolunun tikintisinin başa çatması nəticəsində İranın Bəndər Abbas limanı Moskva ilə birləşəcək. Bu dəmir yolu vasitəsilə Hindistandan yüklər daşınacaq”.
Prezident qeyd edib ki, bu layihələrin həyata keçirilməsi ilə Gilan əyalətində iqtisadi, ictimai və mədəni dirçəlişin şahidi olacağına ümid edir.
Qeyd edək ki, İran prezidenti Gilanda 17 layihənin açılış mərasimində iştirak etmək üçün bu əyalətə gedib.
banner

Oxşar Xəbərlər