• cümə axşamı, 28 mart, 21:59
  • Baku Bakı 13°C

Həsən Ruhani ABŞ-ı cavab tədbirləri ilə hədələyib

04.12.16 13:32 882
Həsən Ruhani ABŞ-ı cavab tədbirləri ilə hədələyib
İran prezidentiHəsən RuhaniABŞ prezidenti Barak Obamanın İrana qarşı sanksiyaların müddətinin 10 il uzadılması barədə qanunu imzalayacağı halda cavab tədbirləri həyata keçiriləcəyini bəyan edib.
APA-nın "Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Konqresinin hər iki palatası İrana qarşı sanksiyaların 10 il müddətinə uzadılması barədə qanunu qəbul edib.
H. Ruhani isə hesab edir ki, ABŞ-ın niyyəti "Altılar”la İran arasında Tehranın atom proqramı ilə bağlı 14 iyul 2015-ci ildə qəbul edilən razılaşmaya ziddir. Həmin razılaşma bu il yanvarın 16-da qüvvəyə minib və atom proqrammı ilə bağlı üzərinə öhdəliklər götürən İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutur: "Biz razılaşmaya riayət etməyə çalışırıq. Lakin bu razılaşma pozulacağı təqdirdə biz təcili cavab addımları atacağıq”.
Qeyd edək ki, dünən İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, əgər ABŞ sanksiyaların müddətini uzadarsa, Tehran atom proqrammı üzrə razılaşmanı həyata keçirməyi dayandıracaq.
banner

Oxşar Xəbərlər