• cümə, 26 Aprel, 16:26
  • Baku Bakı 23°C

Həsən bəy Zərdabi haqda biblioqrafik göstərici

22.07.16 14:21 1601
Həsən bəy Zərdabi haqda biblioqrafik göstərici
Həsən bəy Zərdabi barədə biblioqrafik göstərici çap olunub
"Elm və təhsil” nəşriyyatında "Həsən bəy Zərdabi (Məlikov). Elmi – köməkçi biblioqrafik göstərici” adlı yeni kitab işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, kitab AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib. Kitabın tərtibçisi və ön sözün müəllifi İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Ali Media mükafatçısı Esmira Cavadovadır. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Qeyd edək ki, elmi – köməkçi biblioqrafik göstəriciyə Azərbaycan mətbuatının banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin 1842-1907-ci illərdə həyat və fəaliyyətilə bağlı nəşr olunan bütün materialları - əsərləri, məqalələri, dəyərli fikirləri, habelə görkəmli alim haqqında yazan müəlliflərin kitabları, şeirləri, məqalələri, dissertasiya işləri, və s. haqqında məlumatlar daxil edilib.
banner

Oxşar Xəbərlər