• cümə, 26 Aprel, 06:48
  • Baku Bakı 12°C

Hesablama Palatasına sədr təyin olundu

22.11.13 11:04 1272
Hesablama Palatasına sədr təyin olundu
Azərbaycan parlamenti “Heydər Əsədovun Azərbaycan Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi haqqında” və “Vüqar Gülməmmədovun Azərbaycan Hesablama Palatasının sədri təyin edilməsi haqqında” qanun layihələrini qəbul edib.
“APA-Economics”in məlumatına görə, millət vəkili Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası Azərbaycanın ali maliyyə qurumu hesab olunur və buraya professional mütəxəssislər təyin olunur: “Hesablama Palatasının sabiq sədri Heydər Əsədov prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub. Heydər Əsədov Palatada olduqca gözəl ənənələr qoyub. Vüqar Gülməmmədov isə uzun illərdir maliyyə sektorunda çalışıb və Hesablama Palatasının investisiyalara nəzarət şöbəsinin rəisidir».
Qeyd edək ki, V.Gülməmmədov 1971-ci il aprelin 3-də Bakıda anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib. 1992-ci ildə Suraxanı Maşınqayırma Zavodunda tərcüməçi işləyib, 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə Şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb, 1997-2007-ci illərdə Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə İdarəsinin müfəttişi, rəis müavini, müdiri, Səbail rayon Maliyyə İdarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi olub.
banner

Oxşar Xəbərlər