• cümə, 19 Aprel, 15:25
  • Baku Bakı 25°C

"Hesabatı haqlı olaraq Azərbaycan ictimaiyyətinin etirazına səbəb olub"

14.04.18 12:45 801
"Hesabatı haqlı olaraq Azərbaycan ictimaiyyətinin etirazına səbəb olub"
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatı həmişə olduğu kimi əvvəlcədən hazırlanıb və haqlı olaraq Azərbaycan ictimaiyyəti və media mənsubları tərəfindən ciddi etirazla qarşılandı. Bunu Trend-ə siyasi analitik Cavid Məmmədzadə deyib.
C.Məmmədzadə bildirib ki, ATƏT DTİHB-nin bu cür münasibəti heç də təəccübə səbəb olmamalıdır:"Çünki bu halla birinci dəfə deyil ki qarşılaşırıq. Onlar indiyə qədər Azərbaycanda keçirilən bütün seçkilərə hazır və qərəzli hesabatla gəliblər. Görünür, məqsədləri seçkiləri qiymətləndirmək deyil, kimlərinsə sifarişini yerinə yetirmək, seçkilərin şəffaf keçirilməsinə kölgə salmaqdır”.
Siyasi analitik ATƏT DTİHB-nin nümayəndələrinin erməni lobbisi ilə sıx əlaqələrinin olduğunu da diqqətə çatdırıb: "Aydındır ki, təşkilatın nümayəndələri erməni lobbisinin və rəhbərliyinin Azərbaycan xalqının qanına bulaşmış əllərini asanlıqla sıxırlar. Belə olan halda onlardan hansı obyektiv münasibət gözləmək olardı?”
Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.
Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.
banner

Oxşar Xəbərlər