Hesab edirmiş ki, hər şeyi ondan yaxşı bilir
"Bavariya”nın
sabiq həkimi Hans-Vilhelm Müller-Volfart Xosep Qvardiola ilə münasibətləri barədə
danışıb.
Hans-Vilhelm
Peplə münaqişə yaşadığı üçün "Bavariya”nı tərk etmişdi. Kaspi.az xəbər verir
ki, həkim, Qvardiolanın tibbi heyətin işinə qarışdığını bildirib:
"Gənc və
uğurlu bir baş məşqçinin tibbi heyətin işinə müdaxiləsini qəbul edə bilməzdim.
Qvardiola hesab edirdi ki, hər şeyi məndən yaxşı bilir.
Amma
sonradan onunla görüşdük və hər şeyi müzakirə etdik. Vəssalam, bununla da məsələ
bitdi. Biz bir-birimizə hörmət edirik.
O, mənim
işimi dəyərləndirir və heç vaxt onu şübhə altına salmayıb”.
77 yaşlı
həkim "Bavariya”da 40 il çalışıb və 2020-ci ildə klubu tərk edib. O, 2015-ci
ildə Peplə münaqişəyə görə "Münxen” klubuna getmişdi. Amma Qvardiolanın
gedişindən sonra "Bavariya”ya qayıtmışdı.