AZE | RUS | ENG |


Hərraclarda ədəbi nümunələrə böyük maraq

Hərraclarda ədəbi nümunələrə böyük maraq
Anna Frankın yaradıcılığına verilən ən yüksək qiymət

"Gənc qızın günlüyü” əsəri ilə dünya şöhrəti qazanmış, Holokost soyqırımının ən yaxın şahidlərindən, faciə illərindən çıxıb özünə ikinci şans qazanmış yəhudi yazıçı Anne Frankın olduqca kiçik həcmli ədəbi nümunəsi rekord qiymətə satılıb. "Guardian”da yer alan xəbərə görə, noyabr 23-də Hollandiyanın, Harlem şəhərində təşkil edilmiş bir hərracda Frankın 13-14 yaşlarındaykən yazdığı 12 sətrlik şeir 140 min avroya (255 min manat – red.) satılıb. İşin ən maraqlı tərəfi isə odur ki, şeir hərracda ən bahalı eksponat olsa da, onun nümayişi cəmi iki dəqiqə çəkib. Belə ki, təqdimatdan sonrakı iki dəqiqə ərzində əlyazma üçün fantastik rəqəmlər təklif olunub. Cəmi iki dəqiqədən sonra şeir yeni sahibinə nəsib olub. 
Anne Frank bu şeiri ailəsini itirib iki həftə şəhərin boş evlərində qalaraq gizləndiyi günlərdə yazıb. "Anne Frankdan xatirələr üçün” imzalı şeir qara mürəkkəblə yazılıb və üzərindən yarım əsrdən çox zaman keçməsinə baxmayaraq, hələ də mükəmməl şəkildə oxunaqlıdır. Ötən il Amsterdamda sərgilənən bu şeir 1,2 milyon insan tərəfindən ziyarət edilmişdi. Şeirin indiki sahibinin adı isə açıqlanmayıb.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008