AZE | RUS | ENG |

“Hərəyə bir bayraq” adlı yürüş təşkil edilib – Foto - Video

“Hərəyə bir bayraq” adlı yürüş təşkil edilib – Foto - Video
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyi 9 Noyabr Dövlət Bayraq Günü ilə bağlı "Hərəyə bir bayraq” adlı yürüş təşkil edib.

100-dən artıq fəal gəncin iştirak etdiyi yürüş YAP Gəncə şəhər təşkilatı Qərargahının qarşısından start götürüb. Gənclər milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə əllərində üçrəngli bayraqlar şəhərin mərkəzi küçəsi ilə Gəncə Dövlət Filarmoniyasına tərəf irəliləyiblər. Cavad xan küçəsində yürüşə davam edən gənclər şəhər sakinlərinə yaxınlaşaraq bayraqlar verib, balacaların üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkiblər.
 
 

Yürüş boyu sayı artan gənclər böyük əhval-ruhiyyə ilə həmyaşıdlarını yürüşə qoşulmağa, həmrəy olmağa çağırıblar.

Gəncədə geniş əks-səda doğuran yürüş şəhərin Bayraq Meydanında başa çatıb.
 










 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163