“Hərbi zəkalıyam” intellektual bilik yarışması keçirilib
Müdavimlər
qarşısında çıxış edən Cəmiyyət sədri Şahvələd Əliyev yarışmanın Dövlət Müstəqilliyimizin
26-cı ildönümünün qeyd olunduğu ərəfəyə təsadüf etdiyini deyib. O müstəqilliyimizi
əbədiləşdirən ulu öndər Heydər Əliyevin "Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır.”
sözlərini misal gətirərək, gənc müdavimlərə bu sözləri dərk etməyi və nəticə
çıxarmağı tövsiyə edib.
Şahvələd Əliyev xüsusilə vurğulayıb ki, bu gün prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar, qəbul
etdiyi dövlət proqramları gənclərin hərtərəfli inkişafına yönəlib. O söylənilənlərin əyani göstəricisi kimi cənab Prezidentin gənclərlə bağlı etdiyi
çıxışlarda gənclərin intellektual səviyyəsinin yüksəldilməsi və hərbi vətənpərvərlik
ruhunda tərbiyələndirilməsi ilə bağlı önə çəkdiyi məsələləri, 2012-ci il tarixli Fərmanla
yaratdığı "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”
Məhdud Məsuliyyətli Cəmiyyətini, "Azərbaycan gəncliyi
2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında növbəti Sərəncamını
sadalayıb. Cəmiyyət sədri Milli
Ordumuz üçün mütəxəssis-əsgərlərin hazırlanması kimi şərəfli missiyasının Cəmiyyətin üzərinə düşdüyünü nəzərə
çatdırıb, buna görə də təşkil edilən bu kimi yarışmaların gənc müdavimlərin
hazırlıq keçdikləri xüsusi hərbi ixtisaslarla yanaşı hərbi vətənpərvərliyinə, intellektual hərbi biliklərinin
aşkara çıxarılmasına, bilik və məlumat
bazalarının möhkəmləndirilməsinə, ümumilikdə isə çağırışaqədərki hazırlıqlarına
xidmət etdiyini bildirib.
Daha
sonra yarışmaya start verilib. Yarışmada Cəmiyyətin Sabunçu, Xətai, Bakı şəhəri
Nizami, Binəqədi və Nəsimi rayon 1 nömrəli, Sumqayıt şəhər 1 və 3 nömrəli
filiallarını təmsil edən hər komandanın tərkibində 5 nəfər olmaqla, ümumilikdə
35 müdavim mübarizəyə qoşulub.
Maraqlı mübarizə şəraitində keçən yarışda Cəmiyyətin Binəqədi rayon
filialının komandası 116 bal toplayaraq qalib olub. Nəsimi komandası 115 balla
ikinci, Nizami komandası isə 84 balla üçüncü yerə layiq görülüb.
Sonda
çıxış edən Cəmiyyət sədri Şahvələd Əliyev bildirmişdir ki, "Hərbi zəkalıyam”
intellektual bilik yarışmasının nəticələri bir daha göstərdi ki, "Hərbi Vətənpərvərlik
və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin filiallarında xüsusi hərbi ixtisaslara
yiyələnmək istəyən çağırışçılar gələcəkdə vətənə hərbi borclarını layiqincə verəcək,
onlar təkcə hərbi texnikanı mükəmməl idarə etməklə deyil, mənəvi əxlaqi dəyərlərə
sədaqətləri ilə də seçiləcək, bilikli və intellektual vətəndaş olacaqlar. O bugünkü
tədbirin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi işinin təbliği məqsədi ilə
qarşıya qoyulan məqsədə doğru daha bir addım olduğunu və bundan sonra da
müdavimlərin iştirakı ilə müxtəlif səpkili tədbirlər təşkil etməklə hərbi vətənpərvərlik
işinin şaxələndiriləcəyini söyləyib.