Hərbi xidmətə yollandı
"Tottenhem”in
hücumçusu Xın Min Son komandanın düşərgəsini tərk edərək vətəni Cənubi Koreyaya
yollanıb.
Kaspi.az
xəbər verir ki, bu barədə məlumatı klub saytı yayıb. Son vətənində hərbi xidmət
keçəcək. Amma hazırda Koreyada olan futbolçu karantindədir. O, klub həkimləri
ilə mütəmadi əlaqə saxlayır.
Cənubi
Koreyada xidmət müddəti hərbi qüvvələrdən asılı olaraq 21 aydan 24 aya qədər
sürür. Amma Son Koreya yığması ilə 2018-ci ildə Asiya Oyunlarının qalibi olduğu
üçün ona güzəşt edilib. Ona görə də, futbolçu cəmisi 1 ay hərbi xidmətdə
olacaq. Klubdan bildirilib ki, Son may ayında "Tottenhem”in düşərgəsində
olacaq.
Onu da
qeyd edək ki, futbolçu fevral ayında "Aston Villa” ilə oyunda əlindən zədələnmişdi.