AZE | RUS | ENG |

Hərbi vəziyyət zamanı telekommunikasiya və daşınar abidələrlə bağlı xüsusi qaydalar tətbiq olunacaq

Hərbi vəziyyət zamanı telekommunikasiya və daşınar abidələrlə bağlı xüsusi qaydalar tətbiq olunacaq
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında "Televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında” və "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlara əlavələr müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, layihələrə dəyişiklik hərbi vəziyyətlə əlaqdardır. 

Layihələrə əsasən fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Hərbi vəziyyət şəraitində qanunvericiliyə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitdədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər.

Əlavələrə görə, hərbi vəziyyətlə əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlükəsiz rayonlara köçrülə bilər. Digər əlavəyə əsasən hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında” müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbqi edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.
 
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9322
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1445
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7104
KWD 1 1 Küveyt dinarı 5.5882
TRY 1 1 Türkiyə lirəsi 0.3173