• çərşənbə, 24 Aprel, 21:09
  • Baku Bakı 23°C

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”ndə Xocalı soyqırımı anılıb

23.02.17 18:15 1903
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”ndə Xocalı soyqırımı anılıb
"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanında Xocalı soyqırımının 25-ci ildönümü anılıb.
Anım mərasimində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin tədris filiallarında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən 200-dən artıq müdavim, Cəmiyyətin şəxsi heyəti və qonaqlar iştirak ediblər. Cəmiyyətin icra orqanında Xocalı həqiqətlərini təsvir edən materiallardan ibarətyaradılmış xüsusi guşələrlə tanış olduqdan sonra tədbir akt zalında davam etdirilib. Dövlət Himni səsləndirilib, soyqırım qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid düşən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Müdavimlər qarşısında çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev işğalçı erməni hərbi qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırım faciəsinin gerçəklikləri barədə geniş danışıb. Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında fikirlərini, Prezident İlham Əliyevin "Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında" müvafiq Sərəncamını önə çəkən Cəmiyyətin sədri, gerçəyin dünyada yayılması istiqamətində dövlətimizin həyata keçirdiyi işlərin miqyasını xatırladıb. Hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, erməni təcavüzünün gələcək nəsillərə ötürülməsi və bu faciənin xalqımıza qarşı soyqırım hadisəsi olaraq tanınması naminə bu cür tədbirlərin vacibliyini vurğulayıb.
Daha sonra Xocalı soyqırımının xronologiyasını əks etdirən videoçarx nümayiş etdirilib, canlı musiqi kompazisiyası və şeir dinlənilib, İrəvan Dövlət Azərbaycan Dram Teatrından dəvət olunmuş aktiyorlarınifasında müdavimlərdə yüksək hərbi vətənpərvərlik duyğuları aşılayan 45 dəqiqəlik "Qalx ayağa Azərbaycan!” tamaşası ilə tədbirə yekun vurulub.

Xatırladaq ki, "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılıb.

banner

Oxşar Xəbərlər