• çərşənbə, 24 Aprel, 12:30
  • Baku Bakı 27°C

Hərbi şəhərcikdə baş verən yanğın söndürüldü

02.07.13 08:50 1294
Hərbi şəhərcikdə baş verən yanğın söndürüldü
Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hərbi şəhərcikdə ümumi sahəsi 500 kvadratmetr olan yaşayış evləri 300 kvadratmetr sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Məlumat üçün deyək ki, yanğın hadisəsi gecə saat 02. 15 radələrində Gəncə şəhər 38 saylı hərbi şəhərcik ərazisində baş verib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, ərazidə olan iki mərtəbəli, 12 mənzildən ibarət, sahəsi 500 kvadratmetr olan yaşayış binası yanıb. Hadisə yerinə 9 yanğınsöndürən avtomobil cəlb edilib. Təxminən 40 dəqiqəyə alovun başqa evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, evlər yararsız hala düşüb. 12 ailənin evsiz qaldığı bildirilir. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər