AZE | RUS | ENG |

Hərbi Prokurorluğun şöbə rəisi: “Son 10 ildə 500-dən çox hərbi qulluqçu cəzadan azad olunub”

Hərbi Prokurorluğun şöbə rəisi: “Son 10 ildə 500-dən çox hərbi qulluqçu cəzadan azad olunub”
"Milli Məclis tərəfindən qəbul edilmiş bir sıra amnistiya aktlarının hərbi qulluqçulara tətbiq edilməsində şöbə prokurorları bilavasitə iştirak ediblər. Belə ki, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş” 8 may 2007-ci il, "Novruz bayramı münasibəti ilə” 17 mart 2009-cu il, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə” 7 may 2013-cü il və "28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli amnistiya qərarların tətbiqi nəticəsində 500-dən çox hərbi qulluqçu cəzadan azad olunmaqla, hərbi xidmət yerlərinə qaytarılıb”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunda dövlət ittihamının müdafiəsi şöbəsinin rəisi, ədliyyə polkovniki Aydın Ələsgərov bildirib.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cinayət təqibi üzrə icraatın tezliyinin və operativliyinin təmin edilməsi, eləcə də məhkəmə prosesində iştirak edəcək hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından ayrılmaması, onlara əlavə ezamiyyət xərclərinin verilməməsi məqsədilə məhkəmə baxışlarının hərbi hissələrdə səyyar qaydada keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə görülən işlərin səmərəliliyini daha da artırmaq üçün şöbə tərəfindən müəyyən tədbirlər görülüb.

Onun sözlərinə görə, məhz dövlət ittihamçılarının vəsatətləri əsasında hərbi məhkəmələr tərəfindən hərbi hissələrdə səyyar məhkəmə iclaslarının keçirilməsinin nəticəsi olaraq, son illər ərzində məsuliyyətə cəlb edilmiş hərbi qulluqçuların sayında, eləcə də qəsdən adam öldürmə və özünü öldürmə cinayət hadisələrinin sayında azalma müşahidə edilib.

A.Ələsgərov vurğulayıb ki, rəhbərlik etdiyi şöbə tərəfindən indiyədək bir sıra ağır və çoxepizodlu, eləcə də ictimai maraq doğuran cinayət işlərinin məhkəmələrdə baxılmasında dövlət ittihamının müdafiəsi təmin olunub: "Belə ki, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı və daha 24 nəfər mülkü şəxs və hərbi qulluqçuların təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş külli miqdarda mənimsəmə yolu ilə talamış, təkrarən rüşvət almış, dövlət vəsaitini israf etmiş, rəsmi sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı etmələri faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair, eləcə də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin mütəşəkkil dəstə tərkibində hakimiyyətdən və öz qulluq mövqelərindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə sui-istifadə etmə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaları, külli miqdarda pul vəsaitləri və əmlakların ələ keçirilməsi faktına dair yüksək rütbəli zabitlərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işlərinə hərbi məhkəmələr tərəfindən baxılarkən, həmin işlərdə dövlət ittihamı yüksək keyfiyyətlə müdafiə edilmiş, verilmiş ittiham üzrə şəxslər tam təqsirli bilinərək, barələrində ittiham hökmləri çıxarılıb. Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə birinci instansiya hərbi məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan şöbə prokurorları mütəmadi olaraq apellyasiya protestləri verib, apellyasiya məhkəmələrinin müvafiq qərarları ilə həmin protestlərin tam əksəriyyəti təmin edilib”.

Ədliyyə prokuroru qeyd edib ki, şöbə prokurorları mövcud qanunvericiliyə, xüsusən də Cinayət Məcəlləsinə dəyişikliyin edilməsi ilə bağlı qanun layihələrinin hazırlanmasında fəal iştirak ediblər: "Cinayət Məcəlləsinin 50-ci maddəsinin keçmiş redaksiyasına əsasən, cəzanın məqsədlərinə nail olunmasında xüsusi əhəmiyyətə malik "hərbi xildmət üzrə məhdudlaşdırma cəzası”nın tətbiqi qeyri-mümkün idi. Çünki, qeyd olunan redaksiyada həmin cəzanın yalnız kontrakt (bağlaşma) əsasında xidmət keçən hərbi qulluqçulara təyin edilməsi nəzərdə tutulmuşdu. Lakin "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinə əsasən Azərbaycan Silahlı Qüvvələrində kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçmə nəzərdə tutulmamışdı. Hazırlanmasında şöbə əməkdaşlarının yaxından iştirak etdiyi qanun layihəsi Milli Məclis tərəfindən qəbul edildikdən sonra, həmin cəza artıq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla, hərbi qulluqçulara geniş tətbiq edilir. Həmin dəyişiklik qüvvəyə mindiyi 2017-ci il 1 dekabr tarixdən bu günədək 200-dən çox şəxsə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsi nəticəsində Silahlı Qüvvələrdə ilk dəfə böyük ictimai təhlükə törətməyən ixtisaslı və hərbi təhsilli zabitlərin hərbi xidmətlərini davam etdirməklə cinayətə görə cəzalandırılması mümkün olub”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000