• cümə, 29 Mart, 12:35
  • Baku Bakı 14°C

Hərbi polisin sabiq rəisi ordudan tərxis edildi

15.04.14 14:51 1147
Hərbi polisin sabiq rəisi ordudan tərxis edildi
Müdafiə naziri Zakir Həsənov orduda hərbi polis sisteminin yaradıcılarından olan yüksək rütbəli zabiti Silahlı Qüvvələrdən tərxis edib. Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi Rövşən Məhərrəmov ordu sıralarından uzaqlaşdırılıb. Hərbi mənbələrdən bildirilib ki, Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunduqdan bir müddət sonra - yanvarın 6-da R. Məhərrəmov məzuniyyətə göndərilib. Bu günlərdə isə müdafiə naziri onun təxris olunması ilə bağlı əmr imzalayıb.
Polkovnik məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib. Müdafiə Nazirliyin mətbuat xidmətindən isə bildirilib ki, polkovnik Rövşən Məhərrəmov həqiqətən də təqaüdə göndərilib.
banner

Oxşar Xəbərlər