• cümə, 19 Aprel, 13:56
  • Baku Bakı 25°C

Hərbi paradda ilk dəfə T-90S tankları nümayiş etdiriləcək

11.06.13 15:12 1647
Hərbi paradda ilk dəfə T-90S tankları nümayiş etdiriləcək
Azərbaycan Silahlı Qüvvələrinin iyunun 26-da keçiriləcək hərbi paradında nümayiş etdiriləcək yeni texnikalardan biri də T-90S tankıdır.
Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat verilib.
Azərbaycanın 2011-ci ildə Rusiyadan aldığı bu tanklar ilk dəfə hərbi paradda nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirildikdən sonra T-72 SIM “Aslan” adı verilmiş tankları ilk dəfə 2011-ci ildə keçirilmiş hərbi paradda nümayiş olunub.
İsrailin “Elbit Systems” şirkəti tərəfindən modernləşdirilmiş bu tankların döyüş qabiliyyəti yüksəldilib, həmçinin atış imkanlarının yaxşılaşdırılması üçün tanklarda bir sıra yeni sistemlər qurulub.
banner

Oxşar Xəbərlər