AZE | RUS | ENG |

Hərbi parad xalqı bir daha əmin etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək

Hərbi parad xalqı bir daha əmin etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək
Bu gün aprel şəhidi polkovnik-leynenant Raquf Orucova həsr olunmuş "Ruhun həsrəti” filminin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, "Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən olan bu film Mətbuat Şurası və "Veysəloğlu" şirkətlər qrupunun birgə layihəsi nəticəsində ərsəyə gəlib.

Ə.Amaşov qeyd edib ki, indiyə qədər bu silsilədən Vətən uğrunda canlarını şəhid etmiş qəhrəmanlarımız haqqında 10-a yaxın film çəkilərək nümayiş etdirilib və bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək.

Şura sədri vurğulayıb ki, Mətbuat Şurası qəhrəman oğullarımızın təbliği istiqamətində fəaliyyətə üstünlük verir. O, şəhidlərimizin qanının yerdə qalmayacağını qeyd edib.

Ə.Amaşov bildirib ki, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda nümayiş etdirilən müasir silah və hərbi texnikalar, dövlət başçısının çıxışı xalqı bir daha əmin etdi ki, sülh yolu ilə olmasa, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək.

Daha sonra film nümayiş etdirilib.

Tədbirdə çıxış edəm millət vəkili Gövhər Baxşəliyeva deyib ki, hər bir qəhrəmanımız haqqında bu cür filmlər çəkilməli, onların xatirəsi əbədiləşdirilməlidir: "Raquf Orucovun sağlığında onun qəhrəmanlıqları haqqında çox eşitmişik. Bu film onun qəhrəmanlıqlarını tam əks etdirir. Raquf tək bir ailədən deyil, bütün Azərbaycandan getdi, lakin öz qəhrəmanlıqları ilə daim xalqımızın qəlbində yaşayacaq. Raquf Orucovun ailəsi daim başını uca tutmalıdır. İnanıram ki, Raqub Orucov kimi qəhrəman oğullarımızın sayəsində torpaqlarımız işğaldan azad ediləcək. Biz hamımız Ali Baş Komandan ətrafında sıx birləşməliyik”.

Tədbirdə çıxış edən "Kaspi" qəzetinin baş redaktoru Sona Vəliyeva filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

S.Vəliyeva bildirib ki, qəhrəmanlarımız haqqında bu cür filimlərin çəkilməsi tədqirəlayiq haldır: "Filmdə Raquf Orucovun qəhrəmanlıqları geniş şəkildə əks olunub. Raquf Orucov daim xalqımızın qəlbində yaşayacaq. Biz öz qəhrəmanlarımız barədə geniş təbliğat aparmalıyıq”.

Digər çıxışçılar da bu cür filmlərin əhəmiyyətindən danışıb, şəhidlərimizin təbliği istiqamətində işlərin aparılmasının vacibliyini qeyd ediblər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989