• şənbə, 20 Aprel, 00:31
  • Baku Bakı 15°C

Hərbi məhsullarımız Fransada keçirilən sərgidə nümayiş etdirilir

11.06.18 17:40 613
Hərbi məhsullarımız Fransada keçirilən sərgidə nümayiş etdirilir
İyunun 11-də Fransanın paytaxtı Paris şəhərində "EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə sənayesi naziriYavər Camalovda iştirak edib.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidəMüdafiə Sənayesi Nazirliyi270 adda məmulat nümayiş etdirir. "EUROSATORY” sərgisində ilk dəfə təmsil olunanMüdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Sərginin ilk günü nazirYavər CamalovunMüdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Fransanın qabaqcıl şirkətlərindən olan "THALES” və "NEXTER”in nümayəndə heyətləri ilə görüşləri olub. Görüşlərdə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb. Eyni zamanda,Yavər CamalovAlmaniyanın ”RHEINMETALL” şirkətinin nümayəndə heyəti ilə də görüşüb. Görüşün sonundaMüdafiə Sənayesi Nazirliyiilə ”RHEINMETALL” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Görüşlərdə nazirYavər CamalovBakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək "Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı geniş müzakirələr də aparıb.
banner

Oxşar Xəbərlər