AZE | RUS | ENG |

Hərbi məhsullarımız Fransada keçirilən sərgidə nümayiş etdirilir

Hərbi məhsullarımız Fransada keçirilən sərgidə nümayiş etdirilir
İyunun 11-də Fransanın paytaxtı Paris şəhərində "EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub.
 
Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.
 
Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 270 adda məmulat nümayiş etdirir. "EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

 
Sərginin ilk günü nazir Yavər Camalovun Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Fransanın qabaqcıl şirkətlərindən olan "THALES” və "NEXTER”in nümayəndə heyətləri ilə görüşləri olub. Görüşlərdə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb. Eyni zamanda, Yavər Camalov Almaniyanın ”RHEINMETALL” şirkətinin nümayəndə heyəti ilə də görüşüb. Görüşün sonunda Müdafiə Sənayesi Nazirliyi ilə ”RHEINMETALL” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
 
Görüşlərdə nazir Yavər Camalov Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək "Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı geniş müzakirələr də aparıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.1593
TRY 1 Türk lirəsi 0.2621
KWD 1 Küveyt dinarı 5.5985
SEK 1 İsveç kronu 0.1854
EUR 1 Avro 1.9254
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000