• cümə axşamı, 28 mart, 14:57
  • Baku Bakı 16°C

Hərbi liseylərə qəbul imtahanın vaxtı açıqlandı

28.07.15 17:13 1671
Hərbi liseylərə qəbul imtahanın vaxtı açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 30-da Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
Lent.az-ın TQDK-nın mətbuat xidmətinə istinadən xəbərinə görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq və saat 11-də başlanıb 2 saat davam edəcək.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 25-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədi və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
banner

Oxşar Xəbərlər