Hərbi hissələrdə Qurban bayramı qeyd olunur
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılır.
Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilir, onlar üçün bayram süfrələri təşkil olunur və mədəni kütləvi proqramlar nümayiş etdirilir.