AZE | RUS | ENG |

Hərbi hissələrdə andiçmə mərasimi keçirilib

Hərbi hissələrdə andiçmə mərasimi keçirilib
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163