• cümə, 19 Aprel, 21:00
  • Baku Bakı 24°C

Hərbi hissədə baş vermiş dəhşətli insidentlə bağlı - Rəsmi məlumat

20.06.14 08:22 1086
Hərbi hissədə baş vermiş dəhşətli insidentlə bağlı - Rəsmi məlumat
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralayıb və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib. Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar edib.
Yaralı əsgər K.Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
XXXX
Azərbaycan Ordusunda silahlı insident olub. APA-nın xəbərinə görə, hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri tabeliyindəki silahla bir hərbçi yoldaşını öldürüb, digərini isə yaralayıb. Əsgər daha sonra özünü vuraraq intihar edib.
banner

Oxşar Xəbərlər