Hərbi helikopter qəzaya uğradı, sonra atəşə tutuldu - 5 ölü
Əfqanıstanın qərbindəki Fərəh əyalətində hərbi helikopter qəzaya uğrayıb.
Hadisə nəticəsində helikopterin pilotu ilə yanaşı, daha 4 hərbçi həlak olub.
Qeyd olunur ki, texniki nasazlıq səbəbi ilə helikopter bölgədə təcili eniş etməli olub. Eniş zamanı isə helikopter "Taliban” silahlıları tərəfindən atəşə tutulub.
Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.