• cümə, 29 Mart, 04:12
  • Baku Bakı 7°C

Hərbi ekspert: “İctimaiyyətə təqdim edilən Azərbaycanın Rusiyadan aldığı silah və texnikanın cüzi hissəsidir"

27.04.17 12:50 925
Hərbi ekspert: “İctimaiyyətə təqdim edilən Azərbaycanın Rusiyadan aldığı silah və texnikanın cüzi hissəsidir"
Azərbaycan və Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən, Rusiyadan mərhələli şəkildə ölkəmizə müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilir.
Ehtiyatda olan polkovnik-leytenant Mirsamil HadiyevAPA-ya bildirib ki, aprelin 26-da ictimaiyyətə təqdim edilən bu silah və texnika Müdafiə Nazirliyinin aldığı silahların hamısı yox, cüzi hissəsidir: "Çünki alınan silah və texnologiyaların hamısının nümayişi təhlükəsizlik baxımından yolverilməzdir. Əlbəttə ki, bu silah və texnika paradda nümayiş etdirmək, ya da sıra baxışı üçün alınmayıb. Bunlar konkret olaraq, döyüşdə istifadə edilmək və düşməni məhv edərək torpaqlarımızın azad edilməsi üçün alınıb.
Əminəm ki, aldığımız texnika və silahlar tezliklə bu müqəddəs vəzifənin icrası zamanı istifadə olunacaq. Alınan yeni silah və hərbi texnikanın tez bir zamanda mütəxəssislər tərəfindən mənimsənilərək döyüş bölgələrində yerləşən bölmələrimizin silahlanmasına verilməklə aktiv döyüşlər zamanı şəxsi heyətin döyüş imkanlarının daha da güclənməsini təmin etmiş olacaq. Hesab edirəm ki, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də Silahlı Qüvvələrimizin qarşısında qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək. Hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında öz yerini inamla tutmaqda davam edir və ordumuz bu yeniliklərin nəticəsi olaraq istənilən hərbi vəzifəni icra edə bilər və edəcək”.
banner

Oxşar Xəbərlər