• cümə axşamı, 28 mart, 14:57
  • Baku Bakı 16°C

Hərbi Dəniz Qüvvələrinə yeni qərargah rəisi təyin edildi

15.05.14 16:18 1451
Hərbi Dəniz Qüvvələrinə yeni qərargah rəisi təyin edildi
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi vəzifəsinə təyinat olub.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin əmri ilə II dərəcəli kapitan Şahin Məmmədov bu gün HDQ-nin qərargah rəisi vəzifəsinə təsdiqlənib.
Ş. Məmmədov bu il mart ayının sonlarında HDQ-nin qərargah rəisi I dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad olunduqdan sonra HDQ-nın qərargah rəisi vəzifəsinin icrasını həyata keçirib.
Həmin vaxtdan Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir.
Qeyd edək ki, cari ilin mart ayının 11-də HDQ-nin komandanı vitse-admiral Şahin Sultanov vəzifəsindən azad olunub.
banner

Oxşar Xəbərlər