• çərşənbə, 24 Aprel, 05:47
  • Baku Bakı 14°C

Hərbi çağırışçı yol qəzasında dünyasını dəyişdi

05.07.13 10:56 1353
Hərbi çağırışçı yol qəzasında dünyasını dəyişdi
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu səhər saat 07.45 radələrində Ələt-Astara magistralının 189-cu kilometrliyində - Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Zülfü Rəcəbov idarə etdiyi “Merceders” markalı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn, Lənkəran rayonunun Boladı kənd sakini, 22 yaşlı Heydərov Balaxan Ehtiram oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla toqquşub. Dəhşətli qəzada “VAZ-2107”-nin sərnişini, sürücünün əmisi oğlu, 18 yaşlı Əmrah Heydərov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verməsinə “VAZ-2107” markalı avtomaşın səbəb olub.
Hadisə yerinə gələn Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qəzanın başvermə səbəblərini araşdırmağa başlayıblar. İlkin versiya kimi hadisəyə səbəb səhlənkarlıq, əlverişsiz hava şəraitində düzgün sürət həddi seçməmək göstərilir.
Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən Əmrah Heydərov bu gün həqiqi hərbi xidmətə yola düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Lənkəran rayon şöbəsinə gedirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər