• cümə, 26 Aprel, 01:16
  • Baku Bakı 16°C

Hərbçini “Yaşıl Dərə”də öldürdülər

15.07.13 09:12 1572
Hərbçini “Yaşıl Dərə”də öldürdülər
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sumqayıtın “Yaşıl Dərə” bağlar massivində qeydə alınıb.
Orada yaşayan, 1990-cı il təvəllüdlü Mehman Arif oğlu Abdullayev yeznəsi, 1981-ci il təvəllüdlü Şahin Natiq oğlu Əliyev tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Prokurorluqdan həmçinin bildirilib ki, mərhum hərbçi olub. O, Qazaxda yerləşən hərbi hissələrdən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olub. M.Abdullayev bir neçə günlük məzuniyyətə gəlibmiş.
Hadisəni törədən Ş.Əliyev tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
banner

Oxşar Xəbərlər