Hərbçilərimiz minaya düşdülər: ölənlər və yaralananlar var

Hərbçilərimiz minaya düşdülər: ölənlər və yaralananlar var

Kriminal
08 Aprel 2014, 08:02 1744
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Səngərbərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev həlak olub.

Ordumuzun daha bir neçə hərbçisinin ağır yaralandığı bildirilir.