• çərşənbə axşamı, 23 aprel, 11:31
  • Baku Bakı 20°C

Hərbçi kirayə yaşadığı evdə güllələnib - Təfərrüat

11.10.13 14:25 1138
Hərbçi kirayə yaşadığı evdə güllələnib - Təfərrüat
Cəlilabad rayonunda kirayədə qalan Dövlət Sərhəd Xidmətinin hərbçisi ev sahibi tərəfindən güllələnib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə rayonun Göytəpə qəsəbəsindəki fərdi yaşayış evində baş verib. Dövlət Sərhəd Xidmətinin leytenatı 23 yaşlı Asim Əzizovla kirayə yaşadığı evin sahibi Fəxrəddin Sərdarov arasında mübahisə yaranıb. Elə bu zaman onların mübahisəsinə Fəxrəddinin oğlu 31 yaşlı Abbas Sərdarov da qoşulub.
Mübahisə şiddətləndikdən sonra Abbas evinə dönərək özü ilə qoşalüləli ov tüfəngini götürüb hadisə yerinə qayıdıb. Odlu silahla hərbçiyə atəş açan Abbad Sərdarov onu ağır yaralayıb. Hərbçi Asim Əzizov ağır yaralı halda Cəlilabad rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. Lakin onun xəsarətləri ağır olduğundan paytaxta gətirilib.
Hadisə şahidlərinin sözlərinə görə, zabitin kirayə yaşadığı evin həyətində alt paltarı ilə gəzməsi dəfələrlə ev sahibilə onun arasında mübahisəyə səbəb olub. Elə tərəflər arasındakı son mübahisənin də bundan qaynağlandığı bildirilir.
Hazırda cinayəti törədən Abbas Sərdarov saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, əvvələr də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma arılır.
banner

Oxşar Xəbərlər