• cümə, 19 Aprel, 22:09
  • Baku Bakı 24°C

Hərarət yüksəlir, paytaxtda gündüz hava necə olacaq?

15.05.19 09:52 343
Hərarət yüksəlir, paytaxtda gündüz hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gündüz 23-28, Bakıda gündüz 26-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu aranda gündüz 27-32, dağlarda gündüz 14-19 dərəcə isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər