• cümə axşamı, 25 aprel, 02:19
  • Baku Bakı 19°C

Hər şeyi qara görənlər

10.12.16 12:25 1267
Hər şeyi qara görənlər
Azərbaycanın yürütdüyü uğurlu daxili və xarici siyasət ölkəmizin inkişafına şərait yaradır. Respublikamızın neftdən əldə etdiyi gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi sayəsində ərzaq təhlükəsizliyi təmin edilməkdədir. Son illər ölkəmizin uğurları beynəlxalq səviyyədə də davam edir. Artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında Azərbaycanın sözü eşidilməkdədir. Bunlar əslində hər bir azərbaycanlını qürurlandıracaq hadisələr olsa da, ölkəmizin inkişafını gözü götürməyən, şəxsi maraqlarına görə milli maraqlarımıza kölgə salanlar da var. Təəssüf ki, Azərbaycan əleyhinə təbliğat aparanlar təkcə düşmən tərəf deyil. Bəzən elə öz soydaşlarımız "vətənpərvərlik” edərək Azərbaycan əleyhinə aparılan təbliğatın alətinə çevrilir. İstər ölkə daxilində, istərsə də ölkəmizdən kənarda yaşayan həmin şəxslər hər vasitədən istifadə etməklə Azərbaycanı qaralamağa çalışırlar. Bu "vətənpərvərlər” bu gün yeni medianın verdiyi imkanlardan da geninə-boluna istifadə edirlər. Özü də onları sayı getdikcə artır.
Ölkəsini tərk edib, özlərinə xarici ölkələrdə sığınacaq tapanlar Azərbaycanla bağlı qarayaxma kampaniyalarını sığındıqları ölkələrdə də davam etdirirlər. Əgər bir müddət əvvəl Qənimət Zahid, Əlövsət Əliyev, Ramiz Yunus, İsa Sadıqov daha fəal idisə, indi sosial şəbəkələrdə yeni "qəhrəmanlar” peyda olub. Son zamanlar isə Fəridə Hüseynova, Rəşad Hüseynov, Səbuhi Qulusoy, Rövşən Bəşirov, Zöhrab Məlikov, Ruslan Cavadov, İlqar Sadiqov, Rəşad Mehdi, Vüsal Bağırov, Məhərrəm Məmmədov, Taryel Bayramov, Əsmər İmsayilzadə, Murad Əhmədov və onlarla bu tipli feysbuk "qəhrəman”ları yaranıb. Onlar feysbuk səhifələrində çox hallarda Azərbaycana aid olmayan foto, video paylaşaraq, bunu bizim adımıza çıxırlar. Məqsədləri ancaq Azərbaycanı qara rəngdə göstərməkdir. Ölkədə heç bir nüfuzu olmayan, əksəriyyətin tanımadığı bu adamlar xaricə gedən kimi "qəhrəman”a çevrilirlər. Bu gün Azərbaycanda bütün dini inanclara sahib insanlar bərabər şəkildə yaşasa da, ölkəmiz dünyaya tolerantlıq nümunəsi kimi göstərilsə də, bu insanlar Azərbaycanda guya dini inanclı insanların sıxışdırıldığını iddia edir. Sosial şəbəkələrdə mütəmadi olaraq dövlətçiliyimiz əleyhinə kampaniya apararaq, heç bir etikaya sığmayan təhqirlər səsləndirirlər.
Sual olunur: nədir və kimdir bunları danışdıran? Xaricdə oturub niyə Azərbaycan əleyhinə iş aparırlar? Öz dövlətlərini əcaib formada təqdim edirlər. Reallığı görmədən Azərbaycanın əleyhinə bu cür təbliğat aparanlara qarşı mütləq ölçü götürülməlidir. Bəlkə də qanunvericiliyə internetdə saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atanlar, insanları təhqir edənlərlə bağlı edilən dəyişikliklər əsasında belələri ilə bağlı tədbirlər görülə bilər və görülməlidir də.
Alpər Turan
banner

Oxşar Xəbərlər