• cümə axşamı, 28 mart, 18:11
  • Baku Bakı 13°C

Hər kiloqram xam pambığa görə subsidiya veriləcək - Sərəncam

22.09.16 18:50 1172
Hər kiloqram xam pambığa görə subsidiya veriləcək - Sərəncam
Prezident İlham ƏliyevAzərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

"APA-Economics"in məlumatına görə, müəyyən edilib ki, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulur.

Sərəncamda nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.

Nazirlər Kabinetinə tapşırılıb ki, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
banner

Oxşar Xəbərlər