• çərşənbə axşamı, 19 mart, 10:14
  • Baku Bakı 8°C

“Hər kəsin tələbatına uyğun internet paketi olacaq” - Fotolar

18.04.18 16:17 887
“Hər kəsin tələbatına uyğun internet paketi olacaq” - Fotolar
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Cəlilabad rayonunda tam olaraq yenilənmiş diler mağazası və xidmət mərkəzini (BakcellİM) istifadəyə verib. Bu münasibətlə Cəlilabad şəhəri Qurtuluş küçəsi 70 ünvanında Bakcell müştəri xidmətləri mərkəzində təqdimetmə mərasimi keçirilib.

Mərasimdə şirkətin baş satış direktoru Zaur Bayramov çıxış edərək Cəlilabad şəhərində hazırda istifadəyə verilən xidmət mərkəzinin imkanları barədə məlumat verib. Qeyd edib ki, əvvəllər də Cəlilabad rayonunda "Bakcell”in xidmət mərkəzi olub. Lakin zaman keçdikcə həmin mərkəzin müasirləşdirilməsinə, daha da innovativ xidmətlər göstərməsi üçün yenilənməsinə ehtiyac yaranıb: "Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirir. Cəlilabad rayonunda da Bakcell mobil operatorunun müştərilərinə keyfiyyətli xidmət göstərmək üçün belə bir diler mağazası və xidmət mərkəzi yaradılıb. Həftənin 7 günü səhər saat 09:00-dan axşam 18:00-a qədər Bakcell abunəçiləri bu mərkəzin xidmətlərindən yararlana bilərlər. Bu mağazada Bakcell nömrələri, mobil telefonlar, aksesuarlar da satışa çıxarılıb. Ümumilikdə müştərilər burada müxtəlif xidmətlərdən yararlana biləcəklər”.

Şirkətin baş satış direktoru Z.Bayramov "Bakcell”in "Cin” tarifində yeniliklər olacağını da diqqətə çatdırıb: "Bununla bağlı yaxın gələcəkdə daha geniş məlumat ictimaiyyətə təqdim olunacaq. Biz daha çox internet yönümlü, innovativ təkliflərlə üzə çıxacağıq. Sosial media, sosial şəbəkələr üçün ayrıca paketlər olacaq. Düşünürük ki, sosial şəbəkədən istifadə edən media mənsubları üçün də bu təkliflər cəlbedici olacaq. Çalışırıq müştərilərimizin hər bir kateqoriyası üçün uyğun paketlər təqdim edək ki, hər kəsi məmnun edək. Yəni, hər kəsin tələbatına uyğun internet paket olsun”.

Z.Bayramov Bakcell şirkətinin daim öz abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək üçün şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirdiyini, müasir avadanlıqlardan geniş istifadə elədiyini vurğulayıb. Bildirib ki, şirkət bütün ölkə ərazisini 3G xidmətləri ilə təmin edib. Hazırda isə 3G şəbəkəsini təkmilləşdirməklə yanaşı, 4G texnologiyasının digər bölgələrdə tətbiqi istiqamətində işlər həyata keçirilir. Deyib ki, ötən il Bakcell şirkəti işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün Bakcell burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb. Onun sözlərinə görə, işğal altındakı digər torpaqlarımız azad edildikdən sonra həmin ərazilərdə də belə stansiyalar quraşdırılacaq. Şirkət rəsmisi vurğulayıb ki, artıq cəbhəyanı ərazilərdə Bakcell ötürücülüyündə zəiflik hiss olunmur.

Alpər TURAN



banner

Oxşar Xəbərlər